Bu gün səhər saatlarında Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri nəticəsində ölənlərin və yaralananları sayı açıqlanıb.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

"Bu səbəbsiz vəhşi hücumda ən azı 3 nəfər həlak olub, 33 nəfər yaralanıb. Rusiya törətdiyi cinayətlərə görə cavab verməli olan terrorçu dövlətdir", Ukrayna XİN paylaşımında bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı isə hava hücumundan müdafiə qüvvələrinin vurduğu Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının sayını açıqlayıb. Zalujni "Telegram" hesabında paylaşımında bildirib ki, 8 hücum PUA-sı və 18 qanadlı raket məhv edilib.

"Ümumilikdə, Rusiya Ukraynaya hava hücumu çərçivəsində 59 silahdan istifadə edib". Onun sözlərinə əsasən, bu hücumda Rusiyanın arsenalında qanadlı, aviasiya, ballistik, zenit-idarə olunan raketlər və hücum PUA-ları olub.

Leqal.info