Rusiyanın ötən gecə Ukraynaya atdığı 25 qanadlı raketdən 23-ü zərərsizləşdirilib.


Leqal.info CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Aviasiya Qüvvələrinin bəyanatında bildirilib.

9 may gecəsi Ukrayna ərazisinin Rusiya tərəfindən ümumilikdə iki dalğa raket atəşinə məruz qaldığı qeyd olunub. Əlavə olunub ki, dənizdən və havadan atılmış 25 ədəd Kalibr və X-101/X-555 qanadlı raketlərindən 23 məhv edilib.

Qeyd edək ki, Ukrayna hərbi qüvvələri həftənin başlanğıcında bəyan edib ki, Rusiya gözlənilən əks-hücum öncəsi Ukraynanın hava hücumundan müdafiə imkanlarının aşındırılmasına çalışır.

Leyla Kamil
Leqal.info