Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə gedib.

Leqal.info xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə “Telegram”da yazıb.

Zelenski “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçilərini ziyarət etmək üçün səfər edib.

“Xarkov vilayəti. Kupyanskı müdafiə edən “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın komanda məntəqəsi. Briqada komandiri ilə mühüm məsələləri müzakirə etdik, əsgərlərlə söhbət apardıq, onlara mükafatlar təqdim etdik.

Müdafiəçilərimizlə birlikdə olmaq həmişə şərəfdir”, - deyə Zelenski qeyd edib.

Leqal.info