Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyaya səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də yazıb.

Zelenski vurğulayıb ki, o, bu ölkəyə səfəri çərçivəsində Slovakiya Prezidenti Zuzana Çaputova, Baş nazir Ludovit Odor və Milli Şuranın spikeri Boris Kollarla vacib görüşlər keçirəcək.

"Etibarlı qonşumuzla biz konkret müdafiə dəstəyindən və Ukraynanın Avro-Atlantik inteqrasiyasından, NATO Sammiti və Sülh Formulundan, eləcə də ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi barədə müzakirələr aparacağıq", - Ukrayna lideri diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info