Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub.

Avtomobildə olan digər 3 nəfər - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info