Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir.

Leqal.info