İsrail HAMAS liderinin bacısını təhlükəsizlik səbəbilə həbs edib.

Leqal.info xəbər verir ki, bu barədə “İ24” xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı terror qruplaşmasının əməliyyatçıları ilə əlaqə saxlamaqda və terror aktlarını dəstəkləməkdə şübhəli bilinərək həbs edilib.

Qeyd edilib ki, şübhəlinin evində axtarış zamanı onu "ciddi təhlükəsizlik pozuntuları" ilə əlaqələndirən sənədlər və elektron cihazlar tapılıb.

Leqal.info