İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqlayıb.

Leqal.info "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri video-bəyanatında bildirib.

Netanyahunun bəhs etdiyi “dördüncü şəxs”in HAMAS-ın siyasi liderinin müavini Saleh əl-Aruri olduğu bildirilir.

Netanyahu tezliklə HAMAS-ın digər yüksək səviyyəli komandirlərinə də sıranın çatacağına söz verib.

“Biz tam qələbəyə doğru gedirik. Bu qələbəyə gedən yolda biz artıq HAMAS-ın “dördüncü” şəxsini aradan qaldırdıq. Üç, iki və bir yoldadır. Onların hamısı ölü adamlardır”, - Netanyahu vurğulayıb.

Qeyd edək ki, Əl-Aruri yanvarın əvvəlində Beyruta endirilən hava hücumunda öldürülüb, ancaq İsrail heç vaxt hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.

Leyla Kamil
Leqal.info