Ötən gecə Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna zərbələr endirib.

Leqal.info xəbər verir ki, bu barədə məlumat adıçəkilən ölkənin “Telegram” kanallarında yayılıb.

Bildirilib ki, aviazərbələr “Shahed” pilotsuz uçuş aparatları vasitəsilə endirilib. Nəticədə bir neçə qəsəbənin elektrin enerjisi təchizatı dayandırılıb.

Krivoy Roq şəhərində elektrik stansiyasına endirilən zərbə yanğına səbəb olub. İlkin məlumata əsasən, hadisə itkisiz ötüşüb.

Leqal.info