Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə “BFM Alsace” telekompaniyası məlumat yayıb.

Fransanın şimal-şərqindəki Souffelweyersheim kommunasında bıçaqlı hücum nəticəsində 6 və 11 yaşlı iki uşaq yaralanıb, hadisəni törədən şəxs hücumdan bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb.

Məlumata əsasən, hadisə zərərçəkənlərin oxuduğu məktəbin yaxınlığında baş verib. Uşaqlara hücum edən 29 yaşlı kişinin psixi pozğunluğunun olduğu ehtimal edilir.

Xəsarət alan uşaqların vəziyyəti orta ağırdır.

Leqal.info