Meksikada silahlı hücum baş verib.

Leqal.info xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Quanaxuato ştatında Kortasar şəhərində olub.

Nəticədə, 7 yaşlı uşaq, 3 qadın və 3 kişi ölüb, 1 nəfər isə ağır yaralanıb. Silahlı şəxslər akvaparkda ziyarətçi qruplarından yalnız birinə atəş açıb, daha sonra müşahidə kamerasını sıradan çıxararaq hadisə yerindən qaçıblar.

Leqal.info