Əfqanıstanın Herat əyalətindəki məscidə hücum zamanı 6 nəfər ölüb.

Leqal.info yerli “Pahjwok” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən axşam əyalətin Quzara rayonunda baş verib.

Bildirilib ki, naməlum şəxs ibadət vaxtında içəri daxil olaraq zəvvarlara atəş açıb. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öhdəsinə götürməyib.

Leyla Kamil
Leqal.info