Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Şors küçəsində raket zərbəsinə məruz qalan 10 mərtəbəli binanın bir girişi tamamilə çöküb.

İlkin məlumata əsasən, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu istisna edilmir.

“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.

Leqal.info