İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib.

Leqal.info “Al-Arabia News”a istinadən xəbər verir ki, bu barədə İsaril Ordusunun (TSAXAL) mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, nəticədə sözü gedən terror təşkilatının Livandakı qanadının liderlərindən biri öldürülüb. Eyni zamanda Kfar-Şuba, Majdal-Zun, Raşaya-əl-Fuhar yaşayış məntəqələri də atəşə tutulub.

Ölən və yaralananlar haqqında məlumat verilmir.

Leqal.info