Leqal.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrailin şimalındakı Şlomi kəndi istiqamətində 10-a yaxın minaatan mərmisi atılıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, İsrail Müdafiə Qüvvələri Livan ərazisində atəşin gəldiyi yerlərə hücum edir” – məlumatda bildirilir.
Bundan başqa, “İsrail Müdafiə Qüvvələri təyyarələri Livandakı Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə hücum edir”, - mətbuat xidməti əlavə edib.
Leqal.info