İsrailin mərkəzi rayonlarında, Tel-Əviv yaxınlığında hava hücumu sirenləri səsləndirilib.

Leqal.info xəbər verir ki, bu barədə İsrail Ordusu öz Telegram kanalında məlumat yayıb.

“Sərhədi şərqdən keçərək açıq əraziyə düşən “yer-yer” tipli raketin aşkarlanması ilə bağlı ölkənin mərkəzində xəbərdarlıq elan edilib, itki yoxdur”, - məlumatda deyilir.

Hərbçilərin məlumatına əsasən, raket Yəməndən atılıb.

Leqal.info