Rusiyada 5,4 maqnitudalı zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələnin ocağı Altayın Koş-Ağac rayonunda, Qızıl Daş kəndindən 12 km cənub-şərqdə yerləşib. Yeraltı təkan 10 yaşayış məntəqəsində hiss edilib.

İlkin məlumata əsasən, dağıntı və tələfat yoxdur.

Leqal.info