Leqal.info xəbər verir ki, ən azı 7 nəfərin həlak olduğu, 70-yə yaxın şəxsin isə yaralandığı bildirilir.
Yaralılardan 5-nin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 10 uşaq da var.
Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Rusiyanın zərbələri nəticəsində mülki infrastruktura, o cümlədən yataqxana, gimnaziya binasına, inzibati binalara, sərnişin qatarına ciddi ziyan dəyib. Qatarın sərnişinləri arasında müxtəlif dərəcəli xəsarətlər alanlar var.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha da hadisə barədə açıqlama verib. Nazir bildirib ki, sərnişin qatarı, məktəblər, uşaq bağçaları, poliklinika və xəstəxana binaları Rusiyanın zərbələri nəticəsində ziyan görüb.
O, ölənlərin və yaralananların olduğunu da deyib.
Leqal.info