Ukraynanın Təhlükəsizlik Xidməti Krımın “Kirovskoye” aerodromunda “Panzir – C1” zenit raket atəş kompleksi və üç ədəd “Mi-8”, “Mi-26” və “Mi-28” hərbi helikopteri partladıb.

Leqal.info xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb.

Pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarları da sıradan çıxarılıb.

Qeyd edək ki, gecə saatlarında həmin aerodromda iki dəfə partlayış səsi eşidilib.

Leqal.info