Leqal.info xəbər verir ki, bu barədə “UNIAN“ məlumat yayıb.
Məlumata əsasən, raket şəhərin mərkəzində, beşmərtəbəli yaşayış binasının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib — beşinci mərtəbədəki mənzil və avtomobillər yanıb.
Fövqəladə Hallar Xidməti bildirib ki, zərbə nəticəsində 88 yaşlı qadın həlak olub, yaralanan 16 nəfərin arasında 4 yaşlı qız uşağı da var.
Leqal.info