Rusiya Silahlı Qüvvələri bu gün Ukrayna ərazisini raket atəşinə tutub, Donetsk vilayətinin Selidovo şəhərinə endirilən zərbələr nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, yaşayış binasına və xəstəxanaya raket zərbəsi nəticəsində üç xəstə ölüb, onlardan biri 8 yaşlı uşaq, digəri isə onun anası və hamilə qadın olub. Eyni zamanda 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazidə axtarış-xilasetmə işləri başa çatıb.

Leqal.info