Leqal.info xəbər verir ki, bu barədə Xerson və Donetsk vilayət hərbi administrasiyaları məlumat yayıb.
Məlumata əsasən, Donetsk vilayətində Kramatorsk və Drujkovka şəhərlərində bir nəfər olmaqla ümumilikdə iki sakin həlak olub. Bundan əlavə, Drujkovkada 3, Kramatorskda isə 2 nəfər yaralanıb.
Xerson vilayətində isə Rusiya qüvvələrinin hücumları nəticəsində 14 nəfər xəsarət alıb.
Bildirilib ki, zərbələr zamanı kritik və sosial infrastruktur obyektləri, o cümlədən yaşayış məntəqələri hədəfə alınıb. Nəticədə 8 çoxmərtəbəli bina və 15 fərdi yaşayış evi zədələnib.
Leqal.info