Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə Xerson regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da məlumat paylaşıb.

Prokudinin sözlərinə əsasən, ruslar Belozyorka qəsəbəsini və ətraf kəndləri intensiv surətdə atəşə tutub. Əsasən yaşayış binaları və mülki infrastruktur vurulub.

Hazırda Belozyorka və ətraf kəndlər elektrik enerjisiz qalıb.

Elvin Mahmudlu
Leqal.info