“Leqal.info”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klimkin bəyan edib ki, Zelenski öz komandasını formalaşdıran kimi o, vəzifəsini tərk edəcək.
Vladimir Zelenskinin onun istefa ərizəsini qəbul edib-etməyəcəyi sual altındadır.
Xatırladaq ki, V. Zelenski 21 aprel prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. Aprelin 30-da Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Zelenskini prezident seçkilərinin qalibi elan edib. Mayın sonlarına qədər onun inaqurasiyası keçirilməlidir.