Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala biləcəklər.

Leqal.info-nun xəbərinə görə, bu, "Media haqqında" qanun layihəsinə III oxunuşda təklif edilən dəyişiklikdə əksini tapıb.

I və II oxunuşda qəbul edilən yeni qanun layihəsində belə bir müddəa öz əksini tapmamışdı.