Leqal.info-nun xəbərinə görə, Fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:
"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".