Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər vəfat edib.

Bu barədə Leqal.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 791 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9 659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 506, ötən müddət ərzində isə ümumilikdə 6 668 546 test aparılıb.