Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 020, bu günə qədər isə ümumilikdə 7 320 320 test icra olunub.
Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.