Son zamanlarda aparılan araşdırmalar onu göstərir ki, insan ömrünü qısaldan, hər hansı xəstəliklərin sürətlə yayılmasına səbəb yediyimiz, içdiyimiz keyfiyyətsiz məhsullardır.
İnkişaf Nazirliyini yanında Azad İstehlak Bazarının Nəzarət üzrə Dövlət Xidmətinin və eləcə də digər qurumların bu kimi xidmət obyektlərinə apardıqları araşdırmalar öz nəticəsini göstərməkdədir. Bu işin qarşısını nə qədər almağa çalışsalarda hələdə öz həll yolunu qismən tapmışdır. Sayı yüzlərlə olan obyekt, padvallarda fəaliyyət göstərmiş bu kimi müəssisələrin bir çoxu bağlansa da hələdə gizlin fəaliyyətdə olanları var.
Bulaq suyu adı altında mənşəyi məlum olmayan yerlərdən tonlarla sulara keyfiyyətsiz qazlar vurularaq bir marka etiketi vurularaq satışa buraxılır. Bu plastik qablar hər kəs bildiyi kimi bir dəfəlik istifadə üçün yararlıdır. Ama bu plastik qabların toplanması ilə məşğul olan mərkəzlər fəaliyyət göstərir. Küçələrdə, zibil tullanlarının olduğu yerlərdən toplanan plastik qabların toplayıb müəyyən bir məbləğ qarşılığın da mərkəzə satılır. Bu isə yol verilməz haldır. Bulaq suyu adı altında tonlarla sulara keyfiyyətsiz qazlar vurularaq istifadəyə buraxılır. Qazlar keyfiyyətsiz olduğunda suyu içərkən nəsə tam hiss edirik. Suyu qabda saxlayarkən müşahidə etsək görərik ki, dibində çöküntü yaranır. Bu da filtrdən keçirilməsi olmadığı üçün baş verir.
Hər kəs böyükdən, kiçiyə ağız dadını dəyişmək üçün dondurma alır gündəlik olaraq. Nəzərinizə çatdırmaq istərdik ki, dondurmanın tərkibində yağ kimi maddələrlə birgə, bir sıra minerallar vitaminlər mövcuddur. Lakin bu yağların mənşəyi məlum deyilsə, vurulan bir sıra dadlandırıcıların vaxtı keçmiş halda hər hansı kustar üsulla alınırsa, deməli, bu sağlamlığımıza çox zərəri olduğu kimi sağlamlığımıza da təhlükə törədir. Bəzən də bu dondurmalara baxıldıqda nəzərə çarpır ki, əriyin formasını dəyişib. Bunun səbəbi isə həddindən çox saxlanıldıqda o eriyir sonra dondurulur. Bu dondurma ən təhlükəli dondurma hesab olunur, bir başa sağlamlığımıza öz təsirini göstərir.
Rast gəldiyimiz digər bir fakt isə dondurmanın qablaşdırılmasında saxlanma və buraxılma tempraturunun düzgün olmaması. Bu da məhsulun yararlılıq müddətinin ötüb keçməsinə səbəb olur. Həmin satış məntəqəsində 20 gündən artıq olmamalıdır. Lakin anbarlarda bu müddət daha çox saxlanılır.
Əgər dondurma yeyilsə boğaz da acılıq verirsə, bu o deməkdir ki, həmin dondurmaya vurulan yağ kərə yağı deyil, əvəzində bitki yağı vurulur. İsdifadə olunan süd isə quru süd olduğundandır.
Rəngli limonadlar, kvaslarla bağlı vəziyyət isə daha acınacaqlı haldadır. Çünki bu limonadlara müxtəlif meyvə dadlandırıcıları və rəngləndirmə üçün kimyəvi qatqılar vurulur. Bu da bilavasitə insan sağlamlığına zərurət yaradır. Eləcədə kvas haqda danışsaq onu deyə bilərik ki, Azərbaycan da hal-hazırda satış da verilən kvasların heç biri esl kvas deyil. Nəzərinizə onu çatdırmaq istırdim ki, ölkəmiz də kvas zavodu fəaliyyət göstərmir. Kvasları kustar üsulla hazırlanıb xaricdən bunun üçün xüsusi tozlar gətirilir. Əsl kvas arpa, çovdar bu kimi digər bitkilərin qıcqırılması yolu ilə hazırlanır.
Sonda ən önəmli bir mövzuya toxunmaq istərdim. İçkilər, dondurmalara hər hamısına uyğunluq və gigiyenik sertifikatı verilir. Onların sertifikatsız işləmək hüquqları yoxdur. Lakin hansı qurumlar o sertifikatı verirsə, həmin yerlər cəzalandırılaraq istehsal edən şəxslərdən geri alınmalıdır. Bu məsələnin həll yolunun birinci yolu elə sertifikatların verilməsinə nəzarətdən başlanılır. Gəlin sağlamlığımızın qeydinə qalaq və bu kimi məhsullardan istifadə edərkən sertifikatı, saxlanılma, buraxılma tarixi və hansı müəssisə də istehsalına diqqət yetirək .
Leqal.info Xəbərlər şöbəsi