Ukrayna Daxili İşlər Nazirliyi Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı həlak olan DİN əməkdaşlarının adlarını açıqlayıb.

Leqal.info xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, helikopterdə nazir Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçlə yanaşı digər şəxslər də olub:
Daxili İşlər Nazirliyinin patronaj xidmətinin rəis müavini Tatyana Şutyak;
Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin xüsusi mühim işlər üzrə baş əməliyyatçısı Andrey Marinçenko;
Daxili İşlər Nazirliyinin Rabitə İdarəsinin aparıcı inspektoru Nikolay Anatski;
Təyyarə komandiri, Xüsusi Təyinatlı Aviasiya Eskadrilyasının Helikopter təlimatçısı Aleksandr Vasilenko;
Xüsusi Təyinatlı Aviasiya Eskadrilyasının helikopter pilotu, Mülki Müdafiə Xidmətinin giziri İvan Kasyanov.

Leyla Kamil
Leqal.info