Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qeyri-qanuni istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri aksiyanı davam etdirməkdədir.

Günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiya iştirakçıları aksiyanın 39-cu günündə də müxtəlif şüarlar səsləndirərək etirazlarını davam etdirirlər.
Leyla Kamil
Leqal.info