Leqal.info xəbər verir ki, səfər zamanı RSXM əməkdaşları müvafiq dövlət qurumlarının iştirakı ilə seysmik stansiyanın quraşdırılması ilə bağlı təlkif edilən ərazilərə baxış keçiriblər.
Müxtəxəssislər Seysmoloji Mərkəzi tərəfindən quraşdırılacaq quyudibi seysmik stansiya üçün Şuşa şəhərinin yaxınlığında yer seçiblər. Seçilən yerlə bağlı sənədləşmə və texniki qiymətləndirmə işlərinə start verilib.
Qeyd edək ki, Şuşa şəhəri yaxınlığında quraşdırılacaq quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi(AFAD) tərəfindən Azərbaycan seysmoloqlarına hədiyyə olunub.
Şuşa seysmik stansiyası Qarabağda seysmik araşdırmaların aparılması ilə birlikdə Azərbaycan və Türkiyə seysmoloqlarının əməkdaşlığının rəmzi olacaq.
Leyla Kamil
Leqal.info