Leqal.info xəbər verir ki, O, izah edib ki, bu cür tədarüklərin əhəmiyyətini şişirtmək olmaz, çünki Ukraynaya göndərilən avadanlıq həm texniki xidmətə, həm də təmirə ehtiyac duyacaq və bütün bunlar daha çox problemlər yaradacaq.
"Nəticələr, şübhəsiz ki, mənfi işarə ilə olacaq. Biz dəfələrlə demişik ki, bu cür tədarüklər heç nəyi kökündən dəyişdirə bilməyəcək - onlar Ukrayna, Ukrayna xalqı üçün problemlər əlavə edəcək", - Kreml sözçüsü bildirib.
Yanvarın 20-də Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukraynaya dəstək üzrə təmas qrupunun iclası keçirilir. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, onun nəticələrinə əsasən, Kiyevə ağır silahların tədarükü ilə bağlı qərarlar qəbul edilə bilər.
Elvin Mahmudlu
Leqal.info