Bu barədə Leqal.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.
Qeyd edək ki, şəxs mənzili bron etdikdən sonra nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq, vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq, alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək.
Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.