İran Jurnalistləri Həmkarlar Birliyinin yaydığı məlumata əsasən, üç qadın jurnalistin saxlanıldığı bildirilir.

Leqal.info xəbər verir ki, Tehranda tutulan Səidə Şafi, Mehrnuş Zarii və Melika Haşimi paytaxtdakı Evin adlı həbsxanada saxlanılırlar. Sözügedən jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də ittiham olunurlar.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından bu günə kimi 79 jurnalist saxlanılıb.
Leyla Kamil
Leqal.info