Leqal.info xəbər verir ki, “TikTok” sosial şəbəkəsində bir qadın vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi səbəbilə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.
Sözügedən şəxslə profilaktiki söhbət zamanı 20 Yanvar tarixinin ümumxalq hüzn günü olduğu və həmin gün şəhid olanların bu gün mövcud olan müstəqilliyimiz üçün qəhrəmanlıq göstərdikləri qeyd olunub.
İfadəsində etdiyi əməldən peşman olduğunu bildirən G. İsgəndərova bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istəyib.
Leyla Kamil
Leqal.info