Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Hökuməti və Monteneqro arasında hava əlaqəsi ilə bağlı Saziş imzalanıb.

Leqal.info xəbər verir ki, İki ölkə arasında hava əlaqələrinin təsis edilməsi və yerinə yetirilməsi məqsədi daşıyan sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.
Sözügedən sazişin Azzərbaycanla Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracağı və iki ölkə arasında mövcud olan turizm və mədəni münasibətlərin inkişafına müsbət təsir edəcəyi güman olunur.
Leyla Kamil
Leqal.info