Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qeyri-qanuni istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində, Laçın-Xankəndi yolunda aksiyanı davam etdirməkdədir.

Leqal.info xəbər verir ki, gecə boyu davam edən aksiyanın iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıblar.
Aksiyanın 60-cı günündə qarlı və şaxtalı hava şəraitinə rəğmən ekofəallar müxtəlif şüarlar səsləndirərək etirazlarını davam etdirirlər.
Qeyd edək ki, bəhsi keçən aksiya keçən il dekabrın 12-də başlayıb.
Leyla Kamil
Leqal.info