Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdə faydalı qazıntı yataqlarının, xüsusilə də “Dəmirli” mis-molibden və “Qızılbulaq” yataqlarının qeyri-qanuni istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa şəhərində- Laçın-Xankəndi yolunda aksiyası davam etməkdədir.

Leqal.info xəbər verir ki, aksiya iştirakçıları hər gün olduğu kimi günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başalyıblar.
Xatırladaq ki, sözügedən aksiya keçən il dekabrın 12-də başlayıb.
Leyla Kamil
Leqal.info