Türkiyənin təhsil naziri Mahmut Özer Türkiyədə zəlzələ baş vermiş 10 vilayətdə məktəblərin martın 1-nə kimi dayandırıldığını qeyd edib.

Leqal.info xəbər verir ki, digər 71 vilayətdə isə məktəblərin fevralın 20-də açılacağı təhsil naziri tərəfindən bildirilib.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında mərkəzi Kahramanmaraş vilayətinin Pazarcık rayonu olan 7,7 və günorta saatlarında mərkəzi Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə Türkiyənin 10 vilayətini əhatə edən zəlzələ baş verib.
Sözügedən zəlzələ ilə bağlı olaraq 3 aylıq fövqəladə vəziyyət və yeddi gün milli yas elan edilib.
Elvin Mahmudlu
Leqal.info