Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Kahramanmaraşda Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunayla görüşüb.

Leqal.info xəbər verir ki, Etibar Mirzəyev azərbaycanlı xilasedicilərlə günün 24 saatı media nümayəndələri ilə birlikdə hadisə yerində olduqlarını bildirib.
“Azərbaycandan humanitar yardımlar gəlməkdə davam edir. Hər kəs əlindən nə gəlirsə, Türkiyə üçün etməyə çalışır.
Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”, - Azərbaycan fövqəladə hallar nazirinin müavini vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info