"Bəzi jurnalistlər, operatorlar əllərinə ağac budaqları alıb yanğınları söndürüblər. Mən onları alqışlayıram”.

“Leqal.info” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, tutduğu mövqedən asılı olmayaraq hər kəs bu vətənin əsgəridir: “Çünki bizim hər birimiz bu vətənin, bu millətin əsgərləriyik. Baxmayaraq ki, kiminsə vəzifəsi var, kiminsə rütbəsi var, kimsə adi vətəndaşdır. Bu vətən, millət qarşısında biz hamımız bərabərik”.