Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.

Leqal.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı söyləyib.

Stoltenberq sabah NATO ölkələrinin XİN rəhbərlərinin alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək görüşündə Finlandiyanın 31-ci üzv ölkə olaraq NATO-ya qatılacağını və bayrağının NATO qərargahının önündə qaldırılacağını bildirib.

Elvin Mahmudlu
Leqal.info