Ursula von der Leyen Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini yenidən irəli sürəcəyi barədə hələ qərar verməyib.

Leqal.info xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen bu gün Berlində jurnalistlərin suallarını cavablandıraraq söyləyib.

Ursula von der Leyen vaxtı gələndə qərarını açıqlayacağına söz verib.

AK rəhbəri seçkilərin keçirilməsinə bir ildən çox vaxt olduğunu, lakin tarixin hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Qeyd edək ki, Ursula von der Leyen 2019-cu ilin 2 iyul tarixində AK prezidentliyinə namizəd seçilib və 16 iyulda Avropa Parlamentinin deputatları onun namizədliyinin lehinə səs verib (383 deputat-lehinə, 327- əleyhinə, 22 nəfər bitərəf qalıb).

Ursula von der Leyen bu vəzifəyə təyin edilən ilk qadındır.

Leyla Kamil
Leqal.info