Rusiya hökuməti düyü ixracına müvəqqəti qadağa qoyub.

Leqal.info xəbər verir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında paylaşılıb.

Qeyd olunub ki, Rusiya hökuməti bu ilin 31 dekabr tarixinə kimi düyü və düyü yarmasının ixracına qadağa qoyub və bu qərar daxili bazarda sabitliyin müdafiəsi məqsədilə qəbul edilib.

Qadağanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, Cənubi Osetiya və Abxaziyaya tətbiq edilməyəcəyi qeyd olunub.

Eyni zamanda qeyd olunub ki, düyü və düyü yarmaları həm humanitar yardım məqsədilə, həm də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər.

Elvin Mahmudlu
Leqal.info