Əziz qardaşım, bu sizin Naxçıvana ikinci səfərinizdir.

Leqal.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək. Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, - Prezident əlavə edib.

Leqal.info