Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu bunun ən bariz nümunəsidir:
“Bu xətdən ən yüksən nəticəni əldə etmək üçün yeniləmə işlərini tezliklə bitirmək lazımdır. Sentyabr ayında türk qapısı olan Naxçıvana ziyarətim zamanı cənab Əliyevlə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolunu imzaladıq”.
Ərdoğan, həmçinin onu da vurğulayıb ki, TANAP-ın ötürmə qabiliyyətinin artırılması və Xəzərdən çıxarılan təbii qazın Türkiyə və Avropaya nəql edilməsi prioritet məsələlərdir:
“Təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru xətti layihəsi ilə energetika sahəsində yeni səviyyəyə yüksəldiyimizi xatırlatmaq istərdim”.
Leqal.info