Leqal.info xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edək ki, alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən “Günəş sistemi planetləri” adlı monoqrafiyanın, “Nəsirəddin Tusi - yaşadığı dövr və milli mənsubiyyəti” və bir sıra digər kitabların müəllifidir. O, həmçinin məktəblər üçün hazırlanmış “Astronomiya” dərsliyinin müəlliflərindən biri olub.
Elmi-tədqiqatlarla yanaşı 1984-2000-ci illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş astronom alim, uzun müddət “Planetlər və kiçik səma cisimləri" şöbəsinə rəhbərlik etmiş, 2005-2011-ci illərdə AMEA-nın 2 fəxri fərmanı ilə təltif edilib.
Leqal.info