Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə səfərdə İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq.

“Leqal.info” xəbər verir ki, matçdan öncə komandanın bir neçə sabiq futbolçusu onların hotelinə baş çəkib.

Hazırda İsveçrədə “Vinterur” klubunda çıxış edən İnnosent Emeqara Qurban Qurbanovla görüşüb və onlara uğurlar arzu edib.

Sabiq futbolçularından “Qarabağ”a böyük dəstək

Həmçinin klubsuz olan Donald Gerye də “Qarabağ”ın düşərgəsində olub. O, komanda üzvləri görüşüb və dəstəyini bildirib.

Sabiq futbolçularından “Qarabağ”a böyük dəstək