Ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”i İsveçrədə mübarizədən kənarlaşdıran “Qarabağ” artıq vətənə qayıdıb.

“Leqal.info” xəbər verir ki, Ağdam təmsilçisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlərin coşqusu ilə qarşılanıb.

Qeyd edək ki, ilk görüşdə Bakıda “Sürix”ə 3:2 hesabı ilə qalib gələn “Qarabağ” dünənki cavab oyununda 2:2 hesablı heç heçə edərək növbəti mərhələyə yüksəlib. Komandanın 3-cü təsnifat mərhələsində rəqibi Macarıstan “Ferentsvaroş”udur.

Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı

Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı

Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı